Xalq artisti Ağadadaş Qurbanovun doğum günüdür

Xalq artisti Ağadadaş Qurbanovun doğum günüdür
Mədəniyyət 62

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, faciə, dram və komediya janrlı tamaşaların ifaçısı Ağadadaş Qurbanovun doğum günüdür.

Ağadadaş Gülməmməd oğlu Qurbanov 1911-ci ildə Bakıda doğulub.

1927-ci ildə "Dənizçilər klubu"nda Lətif Kərimlinin iştirakı ilə "Fırtına" pyesinin tamaşası olub və Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı-GTT adlandırılıb) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib. Aktyor GTT böyüklər üçün nəzərdə tutulmuş "Aydın" (Aydın), "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), "Hacı Qəmbər" (Hacı Qəmbər), "Qaçaqlar" (Karl Moor), "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib.

Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. Bu teatrda onlarla yaddaqalan obraz yaradıb, eyni zama filmlərə çəkilib.

1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar, 1954-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar 1965-ci il iyun 25-də faciəli şəkildə həlak olub və Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər