Usmanov: Özbəkistan-Azərbaycan mədəni tərəfdaşlığı nailiyyətlərin tanıdılmasına xidmət edir
Özbəkistan və Azərbaycan arasında mədəni əlaqələr iki ölkənin nailiyyətlərinin və aparılan islahatların daha geniş qarşılıqlı təqdimatı üçün imkanlar yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Daşkəndə ezam olunmuş müxbirinə İslam Sivilizasiyası Mərkəzinin mətbuat katibi Uktam Usmanov "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" Beynəlxalq Mediaforumu çərçivəsində Daşkənddə keçirilən "Mavərənnəhr sivilizasiyası" adlı sənədli filminin premyerasından sonra bildirib.
Onun sözlərinə görə, iki ölkənin media nümayəndələri arasında əməkdaşlıq qarşılıqlı anlaşmanın inkişafı və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
"İki xalq arasında mədəni əlaqələr sayəsində biz Özbəkistanın nailiyyətlərini və islahatlarını Azərbaycan auditoriyasına təqdim edə, həmçinin Azərbaycandakı inkişaf və islahatlar barədə Özbəkistan auditoriyasına məlumat verə bilərik", - o deyib.
"Mavərənnəhr sivilizasiyası" sənədli filmi əsrlər boyu elmin, təhsilin və İslam sivilizasiyasının ən böyük mərkəzlərindən biri olmuş regionun zəngin tarixi və mədəni irsinə həsr olunub.
Filmdə Mavərənnəhrdə elmi fikrin inkişafı və regionun görkəmli alimlərinin dünya elminə töhfəsi barədə danışılır. Xüsusilə İmam əl-Buxari, İmam ət-Tirmizi, Əbu Reyhan Biruni, İbn Sina, Məhəmməd əl-Xarəzmi, Əbu Mənsur əl-Maturidi və digər görkəmli mütəfəkkirlərin irsinə diqqət yetirilir.
Filmdə Özbəkistanın tarixi irsinin qorunmasına, qədim əlyazmalara, arxeoloji tapıntılara və mədəni sərvətlərin vətənə qaytarılması üzrə müasir layihələr də diqqət mərkəzində olub.
Filmin premyerası müxtəlif ölkələrdən jurnalistlərin, alimlərin, media və mədəniyyət sahəsinin nümayəndələrinin iştirak etdiyi "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" Beynəlxalq Mediaforumu çərçivəsində keçirilib.
Qalereya
Oxşar xəbərlər
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi...