TÜRKSOY-un teatr rəhbərləri Şuşanı gəziblər - FOTO

TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısının iştirakçılarının Şuşa şəhərinə gəzintisi təşkil edilib.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, iştirakçılar əvvəlcə Şuşa qalasını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Cıdır düzünü və bir sıra gəzib-görməli yerləri ziyarət ediblər.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.
İclasda türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək.
Sabah isə Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.
Qalereya

Oxşar xəbərlər
Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək - FOTO
Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək. BAKU.WS xəbər verir ki, festival Azərbaycan xalqının Ümummi...