TÜRKSOY-a üzv olan ölkələrin teatr sektorları əməkdaşlıq edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclasında qəbul olunmuş bəyannamayə əsasən, quruma üzv olan ölkələrin teatr sektorları arasında əməkdaşlıq nəzərdə tutulur.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi Elçin Qafarlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, TÜRKSOY-a üzv olan ölkələr arasında festivallara qoşulma, bir-birilərinin pyeslərinə müraciət, həmçinin rejissorluq, operatorluq, rəssamlıq, dizayner seminarlarının təşkili nəzərdə tutulur. Eyni zamanda hər ölkədə keçirilən festivalda qarşılıqlı iştirak planlaşdırılır.
Oxşar xəbərlər
Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının toplantısı yekunlaşıb - YENİLƏNİB
Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası yekunlaşıb. "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, t...