Türkiyənin iştirakı ilə çəkilən film Avropanın ən yaxşısı oldu

Türkiyənin iştirakı ilə çəkilən film Avropanın ən yaxşısı oldu
Mədəniyyət 213

Avropa Kino Akademiyasının əsas mükafatı “Hara gedirsən, Aida?” filminə verilib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bosniyalı rejissor Yasmila Jbaniç tərəfindən lentə alınan ekran əsəri Srebrenitsa hadisələrinə həsr olunub. Film Bosniya, Avstriya, Hollandiya, Fransa, Polşa, Norveç, Almaniya və Türkiyənin birgə istehsalıdır.

Aida obrazını canlandıran serbiyalı aktrisa Yasna Curiçiç “Ən yaxşı aktrisa” mükafatını, “Ata” filmində rol alan Entoni Hopkins isə “Ən yaxşı aktyor” nominasiyasını qazanıb.

Qeyd edək ki, Avropa Film Akademiyası Mükafatı 1988-ci ildə təsis edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər