Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri əməkdaşlıq müqaviləsi imzalayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 13-də Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Ankara bürosuna Türkiyənin Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.
Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.
Oxşar xəbərlər
Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub. Festival Azərbaycan xalqının Ümummil...