Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq

Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq
Mədəniyyət 1203

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev sabah - iyunun 12-də dəfn olunacaq.

BAKU.WS xəbər verir ki, T.Mustafayevin cənazəsi doğulduğu Cəlilabad rayonunun Alar kəndinə aparılacaq.

Onun evində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra T.Mustafayevin cənazəsi kənd qəbiristanlığında - həyat yoldaşının və oğlunun məzarı yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Son xəbərlər