Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası

Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Foto
Mədəniyyət 35

Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürrealizm üslubunda "Məni dinləyin..." adlı monodrama tamaşasının premyerası Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutmuşdur.

Tamaşanın premyerasında dövlət nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri və digər qonaqlar iştirak etmişlər. Tamaşa başlamazdan əvvəl şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və daha sonra Dövlət Himni səsləndirilmişdir.

Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və layihə rəhbəri Fərid Bağırov çıxış edərək həssas kateqoriyanın əsas mahiyyətini vurğulamışdır. O, hər kəsin bərabər imkanlarla sənətə çıxışını təmin etməyi və cəmiyyətin bütün təbəqələrini bir araya gətirməyi məqsəd qoyduqlarını qeyd etmişdir.

Həmçinin, 2026-cı il 14 yanvar tarixində Möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Mədəniyyət Mədəniyyəti - 2040" konsepsiyasının imzalanmasını xüsusi olaraq qeyd etmişdir.

Bu sərəncamda inklüziv təhsil və inklüziv mədəniyyətin əsas prinsipləri kimi bəndlər öz əksini tapmışdır.

Bu baxımdan, belə layihələrin dəstəklənməsi və təşviq edilməsi, Azərbaycanın mədəniyyət sahəsində daha inklüziv və bərabər imkanlar yaratmaq məqsədini daşıyan bir strateji yanaşmadır.

Daha sonra isə "EMEDİA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev çıxış edərək tamaşanın əsas mahiyyətindən danışmışdır. O, tamaşanın yalnız fərdi bir ifadə forması olmadığını, həm də inklüzivlik və bərabərlik prinsiplərinə diqqət çəkən bir layihə olduğunu vurğulamışdır. Tamaşada həmçinin, hörmətli Leyla xanım Əliyevanın "Dünya yuxutək əriyir" şeirlər toplusundan seçilmiş nümunələrə yer verilmiş, poeziya tamaşanın emosional və estetik təsirini daha da gücləndirmişdir. Qeyd edək ki, tamaşanın baş rol ifaçısı Fatimə Əsədzadə, dəstəkçi rolunda isə Sunay Əkbərli yer almışdır.

Son xəbərlər