"İstedArt" layihəsi çərçivəsində növbəti sərgi keçirilib - FOTO

07
iyn
2019
16:38
İyunun 7-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən sərgi keçirilib.BAKU.WS-in məlumatına görə, sərgi "İstedArt" mədəni-xeyriyyə layihəsi çərçivəsində baş tutub.Sərgiyə qatılanlar uşaqların rəsm işləri ilə tanış olublar. Bundan başqa uşaqlar konsert proqramı ilə çıxış ediblər.Artıq üçüncü mövsümü geridə qoyan layihə çərçivəsində Bakı şəhərində yerləşən internat məktəblərindən, Daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşaq və 8 müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə dərs keçirilib. Dərslər Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində aparılıb.Qeyd edək ki, 3 mövsüm ərzində uşaqlar nəqliyyat xidməti ilə təmin edilib. Layihənin keçirilməsində məqsəd valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən məhdudiyyətli uşaqların bacarığını üzə çıxarmaqdır.2018-ci ildən start götürən layihədə ümumilikdə 100-dən çox uşaq iştirak edib. Layihənin 2019-cu ilin payızından etibarən 4-cü mövsümünə start verilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgisinin açılışında
Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Ya...
