“Şuşanın dağları” mahnısı ilə bağlı bilinməyən həqiqət - VİDEO

“Şuşanın dağları” mahnısı ilə bağlı bilinməyən həqiqət - VİDEO
Video
Mədəniyyət 212

Muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva “Şuşanın dağları” mahnısı ilə bağlı bilinməyən faktları açıqlayıb.

BAKU.WS xəbər verir ki, "Profil" proqramına qonaq olan Bəyimxanım, atasının bu mahnını bəstələməkdə məqsədinin Azərbaycanın milli atributlarından olan bayrağımıza diqqət çəkmək olduğunu bildirib:

"Atam doğma şəhəri Şuşanı canından çox sevirdi. Onu da qeyd etmək istəyirəm ki, bu Şuşaya həsr edilən ilk mahnıdır. Sözləri və musiqisi atama aiddir. O, bunu 1930-cu ildə yazıb. Şuşanın dağları dumanlı olduğunda belə mahnı yazmaq qərarına gəlib.

Sovet vaxtı atamı bu kompozisiyaya görə tez-tez narahat edirdilər. Ona deyirdilər ki "Sən Şuşanın dağları başı dumanlı" yazmamalısan, sən yazmalısan ki "Şuşanın dağları deyil dumanlı"... Onlar bilmirdilər ki, atam sətiraltı olaraq "Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı" yazaraq Azərbaycanın milli atributlarından olan bayrağımızı gələcək nəsillərə ötürmək istəyir. Bu sətiraltı mənanı atam sadəcə bizə demişdi, bizdən başqa heçkim bilmirdi".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər