Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib - FOTO

Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən islam sivilizasiyasının simvollarından biri olub.
2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Daha sonra tədbirdə Şuşa ilə bağlı videoçarx nümayiş olunub.
Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Qalereya
Oxşar xəbərlər
Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Vaqif Po...
