Şuşa ilə bağlı film çəkən türkiyəli rejissor: "Məqsədimiz pul qazanmaq deyil" - VİDEO

Şuşa ilə bağlı film çəkən türkiyəli rejissor: Məqsədimiz pul qazanmaq deyil - VİDEO
Video
Mədəniyyət 103

"Bu kiçik fotoaparat alıb nəsə iş görməyə bənzəmir. İndiyə qədər müxtəlif tarixi janrda filmlər çəkilib. Bunların arasında soyqırımlara həsr olunan ekran əsərləri də var. Həmin filmlərdə bombaların partlaması, güllələrdən istifadə edilməsi bunların hamısının müəyyən maliyyə dəyəri var. Mənim bu filmdən qonorar götürməyim vacib deyil".

BAKU.WS xəbər verir ki, bu sözləri Nizami Kinotetarında Şuşa ilə bağlı filmin çəkilişinə həsr edilən mətbuat konfransı zamanı türkiyəli rejissor Selahettin Sancaklı deyib.

Rejissor bildirib ki, Qarabağın azadlığına həsr olun filmin ərsəyə gəlməsində onu qazanacağı qonarar deyil, keyfiyyətli film ortaya çıxartmaq maraqlandırır.

Türkiyəli aktyor Ertuğrul Şakar da Sancaklının sözlərinin davamı olaraq qeyd edib ki, məqsədləri bu filmdən pul qazanmaq deyil, azərbaycanlıların öz torpaqları Qarabağ uğrunda apardığı mübarizəni və qazandığı zəfəri dünya ictimaiyyətinə çatdırmaqdır.

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər