Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Mədəniyyət 9

Serbiyada anadan olmasının 103-cü ildönümündə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və səfirlik əməkdaşları Ulu Öndərin Taşmaydan parkında ucaldılan abidəsini ziyarət ediblər.

Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, onun xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev ziyarət zamanı Ulu Öndərin hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katib kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmiz üçün gördüyü işlərdən söz açıb:

"İstəyirəm ki, gənc nəsil Ümumilli Liderin xalqımız üçün gördüyü işlərdən xəbərdar olsun. "Nəsimi", "Babək" kimi filmlərin çəkilişində Ulu Öndərin təşəbbüsləri olub. Bunlar Azərbaycançılıq ideologiyasının gücləndiririlməsinə xidmət edirdi. O dövrdə xalqımızın milli maraqlarını qorumaq üçün bizə məhz Heydər Əliyev kimi şəxsiyyət lazım idi".

Diplomat vurğulayıb ki, Heydər Əliyev həm də Azərbaycan ordusunun banisidir:

"Sovet dövründə - 1970-ci illərdə Heydər Əliyev ayrıca azərbaycanlı əsgərlərlə görüş keçirib. O dövr üçün belə addımlar atmaq təhlükəli idi, ancaq Heydər Əliyev vətəninə bağlı idi və belə addımları böyük bir cəsarətlə atırdı. O dövrdə hərbi məktəblərə azərbaycanlıları çox qəbul etmirdilər, bizə qərəzli mövqe vardı. Heydər Əliyev bütün hərbi məktəblərdə azərbaycanlılar üçün kvota ayrılmasını danışıb həll etdi. Bakıda 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu addımlardan sonra azərbaycanlılar Sovet ordusuna gəlməyə başladılar. Müharibənin ilk illərində Sovet ordusundan qayıdan zabitlərimiz savaşdı".

Daha sonra həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsi ziyarət edilib, hər iki abidənin önünə gül dəstələri qoyulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər