Qəzəlxan Arif Buzovnalı müğənni və meyxanaçılardan DANIŞDI: "Nə oxuduqlarını bilmirlər"

Qəzəlxan Arif Buzovnalı müğənni və meyxanaçılardan DANIŞDI: Nə oxuduqlarını bilmirlər
Video
Mədəniyyət 89

"Qapqara" verilişinin budəfəki qonağı qəzəlxan Arif Buzovnalı olub.

Proqramda o, müasir insanın mərifətə çatma yolu haqqında fikirlərini bölüşüb. Qəzəlxanın sözlərinə görə, mərifət insanın tanıma qabiliyyəti ilə başlayır və insan ilk növbədə, gördüyü işin mahiyyətini dərk etməlidir.

A.Buzovnalı bildirib ki, bir çox müğənnilər xalq mahnılarını ifa etsələr də, sözlərin mənasını anlamırlar. Bu cür anlayışsızlıq isə sənətçinin təqdim etdiyi əsərin dəyər və məğzini itirir.

O vurğulayıb ki, cəmiyyəti, insanları və öz mövqeyimizi dərk etmək üçün əvvəlcə öz işimizi başa düşməliyik. Meyxana sənəti barədə danışan A.Buzovnalı qeyd edib ki, əgər meyxanaçılar şeir yazırlarsa, onlara şair demək olar.

Onun sözlərinə görə, meyxana əvvəlki formasından fərqli olsa da, bu gün musiqi səhnəsində mühüm yer tutur. A.Buzovnalı hesab edir ki, gələcəkdə meyxana hətta opera sənətinə də təsir göstərə bilər, çünki bu janr artıq müasir musiqinin əsas istiqamətlərindən birinə çevrilib.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Son xəbərlər