Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"nın dəstəyi ilə iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
BAKU.WS xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.
Konsert proqramlarına giriş sərbəstdir.
Qeyd edək ki, bu festival Qəbələ şəhərində 2009-cu ildən ənənəvi olaraq hər il yay aylarında keçirilir.
Oxşar xəbərlər
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan "Sülh kitabı"nın (Book of Peace) Azərbaycana həsr edilmiş "Harmoniya çalarları:...