Prezident və xanımı Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.
BAKU.WS-in xüsusi müxbiri xəbər verir ki, bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.
Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.
Qalereya
Oxşar xəbərlər
“Azərxalça” ASC-nin Kürdəmir filialı istifadəyə verilib - FOTO (YENİLƏNİB)
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl...