Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyada Xocalı soyqırımı haqqında film çəkilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Original features” kino şirkəti tərəfindən çəkilən “Story of Khojali” filmində Xocalı soyqırımının dəhşətləri monoloq kimi təqdim olunur.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru həmyerlimiz Nadir Maçanovdur. Ekran əsərinin prodüseri portuqaliyalı rejissor, prodüser Andre Badalo, bəstəkarı Emil Həşimovdur. Filmin musiqisində etnosəslərdən və milli musiqi aləti olan tardan istifadə olunub.
Filmin əsas rollarını aktrisalar Aygün Fətullayeva və Nətavan Abbaslı canlandırıblar.
Qeyd edək ki, “Story of Khojali” filmi Nadir Maçanovla Andre Badalonun ilk işi deyil. Onlar “Bakı, mən səni sevirəm” kinolayihəsində də bir yerdə çalışıblar.
Oxşar xəbərlər
Ramiz Əzizbəyli: “Rasim Balayevi ömür boyu bağışlamayacam” - Evindən reportaj
Xalq artisti Ramiz Əzizbəylinin yeni müsahibəsi yayımlanıb. BAKU.WS “kulis.az”a istinadən həmin müsahibəni olduğu kimi təqdim edir: 11 il bundan əvvəl jurnalist...