Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib.
"Report" xəbər verir ki, mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy "Xalqlar Dostluğu" ordeni, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov isə diplomla təltif edilib.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...