Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi
"Retro Baku"nun yeni buraxılışı unudulmaz xanəndə Səxavət Məmmədova həsr olunub.
30 yaşından sonra peşəkar səhnəyə qədəm qoymasına baxmayaraq, o, qısa müddətdə sevilən sənətkara çevrilib. Onun muğam və xalq mahnıları Sovet dövründə rəsmi şəkildə lentə alınıb, qramofon vallarında və kasetlərdə geniş yayılıb.
Xanəndənin yaxın dostu, Xalq artisti Möhlət Müslümovun sözlərinə görə, Səxavət Məmmədov İsrail səfərində olarkən ölümünü yuxuda görüb və geri qayıdıb. Həmin yuxuda gördüyü kimi, doğulduğu Abdal-Gülablıda vida mərasimi keçirilib.
Qəza nəticəsində dünyasını dəyişən sənətkarın dəfni zamanı erməni tərəfi atəşi dayandırıb, bircə güllə belə atılmayıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Xalq artisti Hacı İsmayılovun 82 yaşı tamam olur
Bu gün Xalq artisti, görkəmli aktyor Hacı İsmayılovun doğum günüdür. Onun 82 yaşı tamam olur. İsmayılov Hacı Məcid oğlu 1944-cü il yanvarın 22-də Bakıda doğulub...