İnsult keçirən 87 yaşlı əməkdar artist Kifayət Gəncəli xəstəxanadan evə buraxılıb
Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: "O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var.
Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifalar var. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür
Bu gün Xalq şairi, Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsə sahib görkəmli söz ustadı Məmməd Arazın anadan olmasının 90-cı ildönümüdür. BAKU.WS xəbər verir k...