Novruz Məmmədov Amalya Pənahova ilə bağlı sərəncam imzaladı

Novruz Məmmədov Amalya Pənahova ilə bağlı sərəncam imzaladı
Mədəniyyət 899
Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Xalq artisti Amalya Əliş qızı Pənahovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə:1. Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Son xəbərlər