Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada keçirilən "Qolos Ukrainı" müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, V.Nağıyev bu mahnını çoxdan ifa etmək istəyirdi, lakin cəsarət etmirdi. “Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Mənim fikrimcə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb”, - deyə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb.
Duetdə A.Udonqvo “Sarı gəlin” mahnısını Azərbaycan və ingilis dillərində ifa edib.
Ekran işində rəqqasə Oksana Rəsulova da yer alıb.
Oxşar xəbərlər
“Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” — Səfurə İbrahimova ilə MÜSAHİBƏ
BAKU.WS kulis.az-a istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir: - Səfurə xanım, ailəniz imkanlı olsa da, ötən əsrin ortala...