"İndi rahat uyu, oğul!" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı

21
avq
2019
12:56
Xalq artisti Flora Kərimova təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan və dünən nəşi tapılan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevdən yazıb. BAKU.WS xəbər verir ki, pilotun həlakından kədərlənən böyük sənətkar hisslərini belə ifadə edib: "İndi rahat uyu, oğul! Xəzər sənə layla deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan Vətən daşın var.Azərbaycan səni fəxrlə anacaq. Ruhun şad olsun, oğul! Başın sağ olsun, Vətən!"Qeyd edək ki, 24.07.2019-cu ildə axşam saatlarında Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən - 20.08.2019 tarixində tapılıb. Onun nəşi bu gün - 21.08.2019 tarixində II Fəxri xiyabanda torpağa tapşırılıb.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Nazir müavini və icra başçısı göz yaşlarını saxlaya bilmədi — FOTO
Pilot Rəşad Atakişiyevlə vida mərasimində bir sıra rəsmi şəxslər də iştirak edir.BAKU.WS "Ölkə.Az"a istinadla xəbər verir ki, Yasamal rayon icra hakimiyyətinin...
