Pilotumuzla vida mərasimi keçiriləcək - RƏSMİ
20
avq
2019
13:55
İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
"MiQ-29" təyyarəsinin pilotu Rəşad Atakişiyevin nəşi tapıldı
24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-ley...