Nazirin çəkdiyi görüntüləri paylaşan Humay Qədimova: "Bu videonu bu gün üçün saxlamışdım" - VİDEO

Nazirin çəkdiyi görüntüləri paylaşan Humay Qədimova: Bu videonu bu gün üçün saxlamışdım - VİDEO
Foto Video
Mədəniyyət 274

Azərbaycanlı tarzən Humay Qədimova sosial şəbəkədə Laçının Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, musiqiçi instaqram hesabında Cıdır düzündə "Ay Laçın" mahnısını səsləndirən zaman çəkilən görüntülərini izləyiciləri ilə bölüşüb. Humay bu videonun Mədəniyyət naziri Anar Kərimovun Şuşaya səfəri zamanı lentə aldığını bildirib.

O, paylaşdığı videoya bunları da əlavə edib:

"Bu videonu bu gün üçün saxlamışdım. Şuşada Cıdır düzündə çəkilib. Görüntülərə diqqət etsəniz Mədəniyyət naziri qayalıqda əyləşib ifaya dalır və telefonuna çəkir. Azadlığın mübarək Laçınım. Qarabağ Azərbaycandır!".

Xatırladaq ki, sözügedən görüntüləri Mədəniyyət naziri Anar Kərimov bir müddət əvvəl Şuşaya səfəri zamanı çəkərək şəxsi tvitter hesabında paylaşıb.

Son xəbərlər