Nazir 85 yaşı tamam olan Flora Kərimovanı evində ziyarət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət edib.
Nazir sənətçini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.
Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.
Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qalereya
Oxşar xəbərlər
Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 94 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...