Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkarlanıb
Naxçıvanda Tumbultəpə yaşayış yerində arxeoloji qazıntı aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb. Aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub.
Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb: "Hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun".
Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Alpan qəbiristanlığı - Quba soyqırımının nişanəsi - FOTO
1918-ci ilin mart hadisələri zamanı daşnakların Quba qəzasının Alpan kəndində törətdiyi vəhşiliklərin nişanələri indi də qalmaqdadır. Qədim kənd qəbiristanlığı...