Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbiristanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, mərasimdə rəsmi şəxslər, ədəbiyyat, elm və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar.
Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.
Qeyd edək ki, bu gün eyni zamanda şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
Qalereya
Oxşar xəbərlər
Xalq şairi Musa Yaqub İsmayıllıda dəfn olunub - VİDEO
Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib. BAKU.WS “Report” xəbər verir ki, mərhum İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanı...