Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürülüb

"Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reanimasiya şöbəsinə köçürülüb".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hazırda onun müalicəsi davam etdirilir.
"Süni tənəffüs dəstəyi ilə təmin olunan və dializ olunan xəstənin vəziyyəti stabil ağır olaraq dəyərləndirilir", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət özəl tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb.
Oxşar xəbərlər
Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Sə...