Mirzə Babayev haqqında bilmədikləriniz - VİDEO

Azərbaycan estrada musiqisinin banilərindən biri, sənətdə “Mirzə dayı” kimi tanınan Mirzə Babayev ixtisasca memar idi.
Nizami adına Ədəbiyyat Muzeyi, “Vətən” kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati binanın memarlarından biri də o olub. Həyat yoldaşı Güllü xanım vaxtsız dünyasını dəyişib. Mirzə Babayev həyat yoldaşını o qədər çox sevirdi ki, ondan sonra evlənməyib.
Çoxu “O olmasın, bu olsun” filmində Məşədi İbadın dilindən oxunan mahnıları onun oxuduğunu bilmir. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.
50-yə yaxın filmə çəkilən, bunların çoxunda aktyor kimi iştirak edən Xalq artisti rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib.
BAKU.TV-nin M.Babayev haqqında hazırladığı filmdə mərhum sənətkarın sənət yoluna nəzər salınıb, onun haqqında az bilinən faktlardan bəhs olunub.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...