Miri Yusif şəhid və qazi ailələrinə dəstək məqsədi ilə konsert verəcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.
BAKU.WS xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcəkdir.
Konsert “SS Production” şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaqdır. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.
Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!
Oxşar xəbərlər
Mədəniyyət xadimlərindən ordumuza DƏSTƏK
Məlum olduğu kimi, sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelər...