Maykl Ceksonun bek-vokalçısından Azərbaycanın qələbəsinə MAHNI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vaxtilə əfsanəvi Maykl Ceksonun və məşhur Uitni Hyustonun bek-vokalçısı olmuş Delli Mayzl yeni mahnısını Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr edib.
“Many years ago” (Uzun illər öncə) adlı musiqi parçasının müəllifi türkiyəli bəstəkar Turqay Evrendir.
İfaçı İTV-yə verdiyi müsahibəsində hazırda Türkiyədə yaşadığını və işlədiyini, Vətən müharibəsinin gedişini izlədiyini bildirib.
D.Maylz musiqili kompozisiyanın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını da qeyd edib.
“Mən bu mahnını Azərbaycanın qələbəsinə həsr etmişəm. Əminəm ki, onu eşidənlər 30 il ərzində nələrin baş verdiyini anlayacaqlar”, - deyə vokalçı vurğulayıb.
Məlumat üçün bildirək ki, populyar caz ifaçısı kimi də tanınan D.Maylz 2019-cu ildə islamı qəbul edib.
Oxşar xəbərlər
Bu gün Milli Musiqi Günüdür
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. BAKU.WS xəbər verir ki, Üzeyi...