Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunun Karrar kəndində yerləşən, 1904-cü ildə tikilmiş Bakı–Batumi neft kəmərinin ötürücü nasos stansiyası tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Bildirilib ki, sözügedən tikili hazırda dövlət mühafizəsində olan tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməyib. Lakin tikilinin tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qeydə alınıb və onun tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...