II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
Foto
Mədəniyyət 31

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın "Arzu" adlı solo konserti olub. Opera müğənnisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri və bəstəkar Eldar Həsənovun musiqisi əsasında hazırlanmış əsərləri ifa edib.

BAKU.WS xəbər verir ki, tədbir "Sənət" Uşaq Musiqi və İncəsənət Mərkəzində baş tutub. Konsertdə şeirlərin müəllifi Leyla Əliyeva iştirak edib.

Vokal əsərləri balet artistlərinin iştirakı ilə xoreoqrafik nömrələrlə müşayiət olunub. Konsertdə "Səni niyə belə sevirəm", "Bir söz söylə", "Payız", "Yay gecəsində", "Arzu", "Sehrli qala" şeirləri və müəllifin digər əsərləri əsasında romanslar səsləndirilib.

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunur.

Son xəbərlər