Görkəmli şərqşünas Mirzə Kazım bəyin vəfatından 150 il ötür

Görkəmli şərqşünas Mirzə Kazım bəyin vəfatından 150 il ötür
Mədəniyyət 25

Bu gün şərqşünas və tarixçi Mirzə Kazım bəyin anım günüdür. Onun vəfatından 150 il ötür.

Mirzə Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində ruhani ailəsində doğulub. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürmüşdürlər.

Atası Məhəmməd Qasım Kazım bəy Dərbəndin şəhərinin tanınmış ruhani şəxslərindən olub. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olub. Müqəddəs Məkkə şəhərindən Həcc ziyarətindən qayıdarkən, atası Məhəmməd Qasım Kazım bəy İranın Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanım ilə evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbənd şəhərinə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür.

Hələ Dərbənd şəhərində yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Mirzə Kazım bəyi Xristianlıq dininin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır.

Mirzə Kazım bəy müqəddəs İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənmək ilə yanaşı, həm də rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır.

Atası isə oğlunun ruhani olmasını, İrana və Ərəbistana dini təhsil arxasınca getməsini istəyir. Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazım bəy İran leyhinə casusluq fəaliyyətində ittiham olunaraq bütün rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxan şəhərinə sürgün edilir.

Ciddi götür-qoydan sonra xristianlığı qəbul etmək qərarına gəlir. Bu hadisə onunla ailəsi arasında uçurum yaradır və valideyin-övlad münasibətlərinin pozulması ilə nəticələnir. Ömrünün sonunadək, Xristianlıq dininə sitayiş edir.

Mirzə Kazım bəy bir sıra tarixi mövzularda qələmə aldığı kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir.

O, həmçinin Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-cı ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848-1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridizm və Şamil" (1859), "İslam tarixi" (1860).

1849-cu ildə Mirzə Kazım bəy Sankt-Peterburq Universitetində yenicə açılmış "Şərq dilləri" fakültəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O, şərq mədəniyyətinin öyrənilməsinə maraq göstərən tələbələrin təcrübə ilə əlaqədar olaraq ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur.

1854-cü ildə Türk dilinə dair yeni "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və 6700 sözdən ibarət "Rus-Türk lüğəti" nəşr etdirir. Həmin il "Şərq dillərində törəmiş Rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur.

1868-ci ildə Rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı Türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir.

Mirzə Kazım bəy 1870-ci ilin bu günü, yəni noyabrın 27-si 68 yaşında vəfat edib.

Son xəbərlər