Fuad Poladovun doğum günüdür

Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür.
BAKU.WS xəbər verir ki, Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı yaşasaydı, 73 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, F.Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).
Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.
Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.
F.Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.
Xalq artisti 2018-ci il mayın 5-i uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. O, vəsiyyətinə uyğun olaraq, Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Oxşar xəbərlər
Fuad Poladovun anım günüdür
Bu gün Azərbaycanın görkəmli sənətkarı Xalq artisti Fuad Poladovun anım günüdür. BAKU.WS xəbər verir ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub...