Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib - SİYAHI

Nazirlər Kabineti "Filmlərin yayım və nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi qaydalarında dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, “bütün tamaşaçı kateqoriyaları üçün, 14 yaşdan yuxarı olan tamaşaçılar üçün, 18 yaşdan yuxarı olan” sözləri “universal”, “6-”, “6+”, “12+”, “16+”, “18+” sözləri ilə əvəz edilib.
Bununla yanaşı, dəyişikliyə əsasən, filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib.
Bununla da filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən edilməsində yarana biləcək mübahisəli məsələlərə Mədəniyyət Nazirliyinin təhsil, səhiyyə orqanları nümayəndələrindən ibarət yaratdığı mübahisə komissiyası tərəfindən baxılması qaydası da ləğv olunub.
Oxşar xəbərlər
Mirzə Cəlil haqqında filmin premyerası olub
Fevralın 28-də Nizami Kino Mərkəzində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub. BAKU.WS xəbər verir ki, tədbirdə filmin rejissoru Tahir Ə...
