Fəxrəddin Baxşəliyev: "Balaca uşağa dəfi verirlər ki, al, səsin var, oxu"

Fəxrəddin Baxşəliyev: Balaca uşağa dəfi verirlər ki, al, səsin var, oxu
Mədəniyyət 1

Bu gün xalq artistlərindən, əməkdar artistlərdən soruşun: neçə ildir, oxuduqları qəzəllərin bircə misrasını təhlil edə bilərlərmi? Yox.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Musiqi Forumunda çıxışı zamanı Azərbaycan Milli Konservatoriyasının dosenti ozan Fəxrəddin Baxşəliyev deyib.

"Bu baxımdan, xanəndə oxuduğu mətnə bələd olmalıdır", - dosent əlavə edib.

Dosent qeyd edib ki, aşıq sənəti və muğam təsəvvüf sənətidir:

"O fəlsəfəyə sahib olmayan kəs muğam oxumamalıdır. Şərqdə belədir. Bizdə belə deyil axı. Balaca uşağa dəfi verirlər ki, al, səsin var, oxu".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər