Əzizağa Quliyev vəfat etdi

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədəki hesabında yazıb.
"Əzizağa Quliyev Azərbaycan səhnə danışığının inkişafında çox böyük işlər görüb. Onlarla sənət adamının, aktyor və rejissorların yetişməsində əvəzsiz rol oynayıb", - M.Hətəmov qeyd edib.
Qeyd edək ki, Əzizağa Quliyev 1940-cı ildə doğulub. O, ömrünün 53 ilini ADMİU-da tələbələrə düzgün danışıq tərzi öyrətməklə məşğul olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və teatr aktyorluğu şöbəsində təhsil alıb.
1965-1968-ci illərdə o Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini mükəmməlləşdirir. Doğma ali məktəbə qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis 1968-1990-cı illərdə baş müəllim, 1990-cı ildən etibarən isə dosent kimi fəaliyyət göstərir. 12 il (1989-2001) "Səhnə danışığı" kafedrasına rəhbərlik edib, bu dövrdə beş il (1996-2001) professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət göstərib.
Qalereya

Oxşar xəbərlər
Xalq artisti Telman Adıgözəlovun vəfatından artıq 15 il ötür
Bu gün Xalq artisti, məşhur teatr və kino aktyoru Telman Adıgözəlovun anım günüdür. Aktyorun vəfatından artıq 15 il ötür. Telman Abbasqulu oğlu Adıgözəlov 1953-...