“Eurovision-2021”in ən çox baxılanları - Azərbaycan da irəlidədir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ötən gün Niderlandın Rotterdam şəhərində 65-ci Avroviziya Mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.
BAKU.WS xəbər verir ki, ölkəmizi təmsil edən müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə bu mərhələdə 14-cü çıxış edib.
İfaçımız Avroviziya-2021 səhnəsini 15 ölkədən olan təmsilçilərlə bölüşüb. Samirə ilə yanaşı digər ifaçıların da performansı tamaşaçıların diqqətini çəkib.
"Eurovision Song Contest" "Youtube" kanalında ən çox baxış toplayan ifalar arasında Rusiya fərqlənir. Sonrakı ardıcıllıqda Ukrayna, Kipr, Azərbaycan və Xorvatiyadan olan müğənnilərin ifasıdır.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.
Oxşar xəbərlər
Samirə Əfəndinin “Eurovision-2021”də möhtəşəm performansı - VİDEO
Ötən gün Niderlandın Rotterdam şəhərində 65-ci Avroviziya Mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib. BAKU.WS xəbər verir ki, ölkəmizi təmsil edən müğənni Sa...