Emin Ağalarov: "Zaman keçdikcə onun necə böyük insan və sənətkar olduğunu anlayıram" - VİDEO
17
avq
2023
14:51
Xalq artisti Emin Ağalarov Xalq artisti, əfsanəvi müğənni Müslüm Maqomayevlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Maqomayevin görüntülərini yayımlayaraq onunla bağlı ürək sözlərini qeyd edib:
"Bu gün Müslüm Maqomayevin 81 yaşı tamam olacaqdı. Zaman keçdikcə onun necə böyük insan və sənətkar olduğunu anlayıram. Qəlbimizdədir əbədi... Ad günün mübarək".
Məlumat üçün bildirək ki, əfsanəvi müğənni 2008-ci ilin oktyabrın 25-də vəfat edib. Xalq artisti Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Oxşar xəbərlər
Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Hər bir bəşər övladının...