Əməkdar artist Aygün Bəylərin vəfatından bir il ötür
Bu gün Əməkdar artist Aygün Bəylərin vəfatından bir il ötür.
Aygün Hümmətova (Bəylər) 1975-ci il avqustun 22-də Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
Müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürüb.
Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.
1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılır.
Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənib.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik mükafatına layiq görülərək festivalın qalibi olub.
Bu dövrdən başlayaraq 2005-2010 illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərdə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və başqa ölkələrdə olub.
2012-ci ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub. 2013-cü ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün "Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb.
2015-ci ildə solo konsert təşkil etmək lazım olan məbləğə görə evini girov qoymuşdu. Konsert günü Günəşli neft yatağında yanğın hadisəsilə üst-üstə düşdüyünə görə konsert baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.[17] Özü də tutuduğu xəstəliyi bu hadisə ilə əlaqələndirdi.[18] 2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunmuşdu.
6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb.
Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib. Müğənninin nəşi Bakıya 7 yanvar tarixində gətirildi.
8 yanvar, saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində vida mərasimi keçirilib. Mərhum vida mərasimindən sonra Suraxanı kənd qəbiristanlığında dəfn olunub.
O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Süd vəzi xərçəngindən vəfat etdiyi bildirilib.
Aygün Bəylər uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə onun Canan adlı qızı dünyaya gəlib.
Oxşar xəbərlər
Naxçıvan Dövlət Milli Dram Teatrına müvəqqəti direktor təyin edilib
Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru vəzifəsini icra edən Mir Qabil Qafil oğlu Əkbərov müvəqqəti olaraq teatrın direktoru vəzifəsinə təyin edilib....