Əməkdar artist Almaz Mustafayeva vəfat edib

Əməkdar artist Almaz Mustafayeva vəfat edib
Mədəniyyət 2756

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.

O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

Allah rəhmət eləsin!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Aktyor Əjdər Həmidov vəfat edib

Aktyor Əjdər Həmidov vəfat edib

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhb...

7778 Mədəniyyət 18:54 24 noyabr 2020

Son xəbərlər