Daşkənddə nadir əlyazmaların saxlandığı İslam Sivilizasiyası Mərkəzindən - FOTOREPORTAJ
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə avqustun 23-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.
Bu mərkəz Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə təsis edilib.
10 hektardan çox ərazini əhatə edən mərkəz Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda inşa olunub. Burada 65 metr hündürlüyündə günbəz də var.
Mərkəzdə bir neçə şöbə, o cümlədən nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu, kitabxana və arxivlər var.
Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın olduğu kitabxana yerləşir.
BAKU.WS xəbər verir ki, report həmin mərkəzdən hazırladığı fotoreportajı təqdim edir:
Qalereya
Oxşar xəbərlər
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən FOTOREPORTAJ
Bakının qədim küçələrindən birində, İstiqlaliyyət küçəsi 27 ünvanında yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yazıçının həyat və yaradıcılıq dünyasını...