Cəfər Cabbarlının büstü bərpa ediləcək
Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının "Azəbaycanfilm" kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq "Kinopark"da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: "Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin bərpasıdır. Bərpa zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq".
Oxşar xəbərlər
Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr olunan təntənəli konsert keçirilib
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr ol...