Cavan Zeynallı “Qaya” qrupunda oxumağa necə dəvət olunmasından danışdı - VİDEO

Cavan Zeynallı “Qaya” qrupunda oxumağa necə dəvət olunmasından danışdı - VİDEO
Video
Mədəniyyət 58

BAKU.TV-də yayımlanan “Afaq Hüseynova ilə səmimi söhbət” verilişinin növbəti qonağı Xalq artisti, cazmen Cavan Zeynallı olub.

Xalq artisti “Qaya” qrupunda oxumağa necə dəvət olunmasından danışıb.

“Qrupda bir yəhudi var idi. O, 1979-cu ildə ərizə yazdı və getdi. “Qaya”da bir ifaçı olmayanda digərləri oxuya bilmirdilər. Heydər Əliyev müşavirədə “Qaya” qrupunu soruşmuşdu və Respublika Sarayında oxumalarını istəmişdi. Mənə zəng etdilər ki, gəl, məşq edək”, - deyə o qeyd edib.

Cazmen cavan olanda daha çox toya getməsindən də bəhs edib:

“Cavanlıqda hər gün olmasa da, toylara gedirdim. Mən normal mahnı oxumaq istəyirəm. Amma toydur axı. O qədər mahnılarım var ki, bilmirəm, hansını oxuyum”.

Daha ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər