Builki “Xarıbülbül” festivalının keçiriləcəyi tarix müəyyənləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.
BAKU.WS-in məlumatına görə, Mədəniyyət Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır.
Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci il mayın 12-si və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilib.
Oxşar xəbərlər
Bu gün Vaqif Mustafazadənin doğum günüdür!
Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür. Bəstəkar 1940-cı il ma...