Budapeştdəki Azərbaycan Evində ilk rəsm sərgisi təşkil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan evində bu ölkədə təhsil alan gənc və istedadlı rəssam Fatimə Qurbanzadənin fərdi sərgisi keçirilib.
"O, öz qanadları ilə uçur" ("Alis Volat Propriis") adlı layihənin təqdimatında ölkəmizin Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri, Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, rəsm əsərlərində qadın azadlığı, müstəqilliyi, ailə münasibətləri və başqa dəyərlər əks olunub.
Xatırladaq ki, Budapeştdəki Azərbaycan evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ötən ilin sonunda açılıb.
Oxşar xəbərlər
“Azərxalça” ASC-nin Kürdəmir filialı istifadəyə verilib - FOTO (YENİLƏNİB)
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əl...