Beynəlxalq səyyahlar Ağdamın tarixi yerlərini ziyarət edib
04
noy
2023
20:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq səyyahlar qrupu Ağdamın tarixi yerlərini gəziblər.
"Report" xəbər verir ki, ilk istiqamət Cümə məscidi olub.
Turistlər Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, aparılan bərpa və tikinti işləri ilə tanış olublar.
Daha sonra onlar Ağdam Dövlət Dram Teatrında olublar, onlara işğaldan əvvəlki dövrdə çəkilmiş kadrlar nümayiş olunub.
Bundan əlavə, qonaqlara teatrın xarabalıqlarının açıq səma altında muzey kimi saxlanılması planları barədə məlumat verilib.
Oxşar xəbərlər
18 may - Beynəlxalq Muzeylər Günüdür
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günü...