Bəxtiyar Vahabzadəni ağladan Əminə Yusifqızının son arzusu nə idi?
Baku TV-də yayımlanan "Retro Baku" verilişinin növbəti buraxılışı Xalq artisti, aktrisa və bədii qiraət ustası Əminə Yusifqızının həyat və yaradıcılığına həsr edilib.
Proqramda sənətkarın ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Əminə Yusifqızının aktrisa olmasına qardaşı uzun müddət etiraz edib. Bu səbəbdən o, teatra gedib-gəlməsini qardaşından gizlətməyə məcbur qalıb. Həmin çətin mərhələdə Əminəyə ən böyük dəstəyi anası göstərib və onun sənət yolunu ailə daxilində qorumağı bacarıb.
Aktrisanın nəvəsi Leyla Əliyeva nənəsi ilə bağlı xatirələrini belə ifadə edib:
"Biz ona heç vaxt nənə demirdik. Bu söz həm onun xoşuna gəlmirdi, həm də ona "nənə" deməyi yaraşdırmırdıq. Zarafatla belə müraciət edəndə deyirdi ki, nənə o biri nənənizdir, mən nənə deyiləm".
Xalq artisti Təranə Muradova isə Əminə Yusifqızının son arzusunu xatırladıb:
"Ölümünə yaxın bacıma dedi ki, Təranəni görmək istəyirəm. Ondan iki-üç ay əvvəl yıxılmışdı, əzilmişdi, otura bilmirdi. Gözünü açıb yalnız bir cümlə dedi: "Mən yorulmuşam, anamın yanına getmək istəyirəm".
Oxşar xəbərlər
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasından 80 il ötür
Allahverdi Teymur oğlu Bağırov 1946-cı ilin bu günü, yəni aprelin 22-də Ağdamda doğulub. O, yeddi qız övladından sonra dünyaya gəldiyinə görə ailəsi onu Allahın...